Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi Salonikidə yad olunub

20 Yanvar şəhidlərinin xatirəsi Salonikidə yad olunub

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidə yerləşən qərargahında anım tədbiri keçirilib.

Tədbirdə Yunanıstanda yaşayan azərbaycanlı icmasının üzvləri, yunan vətəndaşları, eləcə də digər millətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, həmin gecə Azərbaycan xalqının tarixində təkcə faciə kimi deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizənin, qəhrəmanlığın və milli azadlıq ruhunun oyanışının rəmzi kimi əbədi həkk olunub.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.