Elşad Əliyev 04/09/2019

 Sentyabr ayının 4-də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov və cəmiyyətin Baş Katibi Salatın xanım Məmmədli, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru cənab Elşad Əliyev və Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi və eyni zamanda Skandinaviya, Qərbi Avropa və Cənubi Avropa üzrə əlaqələndiricisi Xıdır Kazımov ilə görüşdülər.

 


 Konstantinos Kallentzis

QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri RashidMammadov və Baş Katibi Salatin Mamedli Yunanıstanda Palmali Ticarət Gəmiçiliyi MMC-nin Sədri, Palmalı Şirkətlər Qrupunun Xarici Əlaqələr üzrə vitse-prezidenti cənab Konstantinos Kallentzis ilə görüşüblər, cəmiyyətin fəaliyyəti barədə müzakirələr aparmışlar.

 


 Fuad Muradov 24/05/2019

24 May 2019-cu il tarixində Azərbaycan Respublikası Diasporla Iş üzrə Dövlət Komitəsinin Sədri cənab Fuad Muradov "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri cənab Rəşid Məmmədovu qəbul etmişdir. Rəşid Məmmədov cəmiyyətin Yunanıstanda gördüyü işlər barəsində məlumat vermiş, tərəflər gələcək layihə və əməkdaşlıqlar barədə müzakirə aparmışlar.

 


 Murad Ömərov 12/04/2019

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, 12 aprel tarixində Ukraina Respublikasının Xarkov şəhərində "DOSTLUQ" Xarkov-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Murad Ömərovla görüşmüşdür. Görüş çox maraqlı keçmiş, hər iki tərəf diasporada gördükləri və görüləcək işlər haqqında fikirlərini bölüşmüşlər. Sonda gələcək əlaqələri daha da koordinasıyalı şəkildə qurmaq və qarşıda duran vacib məsələlər, eyni zamanda layihələr və Diaspor fəaliyyətinin əsasında, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək və xaricdə dövlətimizi yaxşı təmsil edilməsi müzakirə edilmişdir.Maraqlı görüş üçün Murad Ömərov cənablarına minnətdarlığımızı bildiririk.

 


 Katerina  Şevçenko  11-05-19

11 aprel tarixində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov Ukrayna Respublikasının Xarkov şəhərindəki "Qelios" Xarkov şəhər Yunan cəmiyyətinin sədri Katerina xanım Şevçenko ilə görüşmüş, hər iki sədr cəmiyyətlərin fəaliyyətləri və görüləcək işlər barədə müzakirələr aparmışlar. Səmimi görüş üçün xanım Katerina Şevçenkoya minnətdarlığımızı bildiririk.

 


 Savet Allaverdiyev - Xəlil Vəliyev - Fazilə Məmədova 

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, 28 Fevral tarixində Xocalı şəhər icra nümayəndəliyinin sədri cənab Savet Allaverdiyev, Xocalı şəhər icra hakimiyyəti ictimai-siyasi-humanitar şöbəsinin baş məsləhətçisi cənab Xəlil Vəliyev və Xocalı könüllüləri cəmiyyətinin sədri Fazilə xanım Məmədova ilə görüşmüşdür. Görüş çox maraqlı keçmiş, Rəşid Məmmədov "QALA" Cəmiyyəti haqda məlumat verimiş və Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı müzakirələr aparılmışdır. Səmimi görüş üçün Savet Allahverdiyev, Xəlil Vəliyev və Fazilə xanım Məmmədovaya minnətdarlığımızı bildiririk. Kitab və Milli uşaq geyimləri üçün Mirzə Şəfi Vazi bəyə və Fazilə xanım Məmmədovaya xüsusi minətdarlığımızı ərz edirik.

 


 Səlhət Abbasova 01/03/2019

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov 1 Mart tarixində Diasporla Iş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət xanım Abbasova ilə görüşmüş və "QALA" Cəmiyyətinin fəaliyyəti, gördükləri və görüləcək işlər haqda fikirlərini bölüşmüş və müzakirələr aparmışdır. Səmimi görüş üçün Səlhət xanım Abbasovaya minnətdarlığımızı bildiririk.

 


 Konstantinos Kallentzis 

 QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Cənab Rəşid Məmmədov Yunanıstanda Palmali Ticarət Gəmiçiliyi MMC-nin Sədri, Palmalı Şirkətlər Qrupunun Xarici Əlaqələr üzrə vitse-prezidenti cənab Konstantinos Kallentzis ilə görüşmüş, cəmiyyətin fəaliyyəti barədə müzakirələr aparmışdır.

 


 13/01/2019

2019-ci ilin yanvar ayının 13-də "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Üzvlərilə görüş.

 


 Emin Rüstəmov - Elçin Vəlizadə - Məhərrəm Qarayev 02/01/2019

2 yanvar tarixində Azərbaycan- Italiya Gənclər Assosiasiyasının həmsədri, Azərbaycan Diaspor Gənclər Təşkilatının Italiya üzrə koordinatoru, La Sapienza Universitetinin doktorantı Emin bəy Rüstəmov , Azərbaycan Italiya Gənclər Assosiasiyasının fəal üzvü, La Sapienza Universitetinin magistr məzunu Elçin bəy Vəlizadə və Polşa Azərbaycanlı Gənclər Şurasının sədr müavini, Polşa Maliyyə və Menecment Universitetinin magistr tələbəsi Məhərrəm bəy Qarayev Yunanıstanın Saloniki şəhərində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət etmişlər. Cəmiyyətin sədri cənab Rəşid Məmmədov Cəmiyyətin fəaliyyəti, gördükləri işlər və qarşıdakı planlar barədə müzakirələr aparmış və gənclərə öz tövsiyələrini vermişdir. Emin Rüstəmov, Məhərrəm Qarayev və Elçin Vəlizadə cənablarına səmimi görüş üçün minnətdarlığımızı bildiririk.

 


 Diomidis Afentoulis - Thanasis Trayannis 

"ELSA"Yunanıstanın -Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Sədri Diomidis Afentoulis və Baş Katibi Thanasis Trayannis "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətini ziyarət etdilər. "QALA" Cəmiyyətinin Sədri Rəşid Məmmədov və Baş Katibi Salatın Məmmədli Azərbaycan tarixi və mədəniyyətindən danışdılar. Eyni zamanda hüquqşünas tələbələr 2019-cu ilin mart ayında Bakıda keçiriləcək 75-ci ELSA Beynəlxalq Şura toplantısında iştirakları barədə məlumat verdilər.

 


 Bahəddin Həzi  

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Vətəndə Jurnalist,Yazıçı-publisist Bahəddin bəy Həzi ilə görüşməkdən məmnun oldu.

 


 Markos Bolaris - Nikos Kanellos 13/12/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rashid Mammadov 13 dekabr tarixində "ARGO" Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyətinin ofisinə baş çəkmiş və Yunanıstanın Xarici İşlər Nazirinin birinci müavini cənab Markos Bolaris,Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri cənab Nikos Kanellos və "ARGO" Cəmiyyətinin sədri Səidə xanım Mehdiyeva ilə görüşmüş," QALA"Cəmiyyətinin fəaliyyəti, gördükləri işlər və görüləcək işlər haqda fikirlərini bölüşmüşdür. Səmimi görüş üçün cənab Markos Bolarisə,cənab Nikos D. Kanellosa və Saida xanım Mehdiyevaya minnətdarlığımızı bildiririk.

 


 Elşən Yəhyayev - Günel Rüstəmova - Metanet Əzimova 12/12/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rashid Mammadov AZ TV Radiosu Azərbaycan Verilişinin aparıcısı Mətanət xanım Əzimovanın 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn Yeni ilə həsr olunmuş proqramın qonağı olmuş.Verilişdə Dünya Azərbaycanlıları Assambleyasının İctimai əlaqələr şöbəsinin rəhbəri Elşən bəy Yəhyayev və Günel xanım Rüstəmova iştirak edirdilər.Görüş çox maraqlı keçmiş və diasporla bağlı fikirlərini bölüşüblər.Dünya Azərbaycanlılarımızı Qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdilər. Dünya Azərbaycan Diaspor təşkilatlarını bir olmağa çağırdılar.Səmimi görüş üçün Metanet xanım Əzimova, Gunel xanım Rustamova və Elşən bəy Yəhyayevaya minnətdarlığımızı bildiririk.

 


 Namaz Namazov - Yusif Əliyev - Yusif Rəhimov 8/12/2018

 8 dekabr tarixində Vətəndə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Bakı şəhəri Dezinfeksiya Stansiyasının Regional Dezinfeksiya bölgəsinin direktoru böyük qardaşımız,ağsaqqal Yusif müəllim Rəhimovla, Bakı şəhəri 6 saylı poliklinikanın həkim stomotoloqu Namaz bəy Namazovla və Dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöbə müdiri Yusif müəllim Əliyev cənabları ilə görüşmüşdür.Görüş çox maraqlı olmuş və Cəmiyyətin sədri Rəşid Məmmədov Diasporanın fəaliyyəti,görülmüş və qarşıda duran işlər barədə məlumat vermişdir.Sonda Ağsaqqal,böyük qardaşımız Yusif müəllim Rəhimov "QALA" Cəmiyyətinə türkün ərlik- ərənlik və dostluq simvolu olan qara sazı hədiyyə etdi."QALA" Cəmiyyəti və şəxsən Sədrimiz adından Yusif müəllimə təşəkkürümüzü bildiririk.Bizdə bu dostluğa sadiq qalacağıq.Səmimi görüş üçün Yusif müəllüm Rəhimova,Namaz müəllim Namazova və Yusif müəllim Əliyev cənablarına minnətdarlığımızı bildiririk.

 


 Elşən Yəhyayev -Tamerlan Ələkbərov - Səid Əhmədli 8/12/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov 8 dekabr tarixində Dünya Azərbaycanlıları Assambleyasının İctimai Əlaqələr Deportamentinin rəhbəri cənab Elşən Yəhyayev, SSRİ xalq artisi Zeynəb Xanlarovanın ansamblının koordinatoru və Çukurova türk xəbər agentliyinin Bakı üzrə müxbiri Tamerlan bəy Ələkbərov və Səid Əhmədli cənabları ilə çox maraqlı görüş oldu. Diasporanın fəaliyyəti, gördükləri və qarşıda duran işlər barədə fikirlərini bölüşdülər. Səmimi görüş üçün Elşən Yəhyayevaya, Tamerlan Ələkbərova və Səid Əhmədli cənablarına minnətdarlığımızı bildiririk.

 


 Stratos Tsichlas - Giannis Vrizas 5/12/2018

 5 dekabr tarixində Kata Psixin Eisodima verilişinin efirində fm100.6 , "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Baş Katibi, Bələdiyyə Gənclər Şurasının üzvü və 9-cu Dünya Musiqi Xoru Festivalı Təşkilat Komitəsinin üzvü Salatin Mamedli canlı yayında qonaq oldu. Stratos Tsichlas və Giannis Vrizas cənablarına təşəkkürümüzü bildiririk.

 


 Fuad Huseynzade 3/12/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov 3 dekabr tarixində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı cənab Fuad Huseynzade ilə Vətəndə görüşməkdən məmnun oldu.Görüş çox maraqlı keçmiş və Diasporanın fəaliyyəti və qarşıda duran işlər barədə fikirlərin bölüşmüşlər. Səmimi görüş üçün Fuad Hüseynzadə bəyə minnətdarlığımızı bildiririk.

 


 Nazir Hətəmov - Nazim Eliyev - Elnur Eltürk 2/12/2018

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rashid Mammadov 2-si dekabr tarixində Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Edinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti cənab Nazir Hətəmov Azərbaycan Kikboksinq Federasiyası üzvü və AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resurslar şöbəsinin rəhbəri,diaspor üzrə araşdırmaçı jurnalist dəyərli dostumuz Elnur Elturk və vətənpərvər qardaşımız Nazim Eliyev görüşdü. Görüş çox maraqlı keçmiş və sonda belə qərara gəldilər ki, bundan sonra əlaqələrimizi daha da koordinasiya edək və qarşıda duran vacib məsələlər, eyni zamanda Diaspor fəaliyyətinin əsasında, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək və xaricdə dövlətimizi yaxşı təmsil edilməsi müzakirə edildi .Elnur Eltürk bəyə, Nazir Hətəmov və Nazim Əliyev cənablarına səmimi görüş üçün minnətdarlığımızı bildiririk

 


 Ənvər Haqverdiyev 25/11/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov 25 noyabr tarixində Ukraynada Yaşayan Azərbaycanlılara Dəstək və Məlumat facebook qrupunun yaradıcısı və rəhbəri Ənvər Haqverdiyev cənabları ilə görüşmüşdür.Görüş çox maraqlı keçmiş və Cəmiyyətin sədri Rəşid Məmmədov Cəmiyyətin fəaliyyəti,gördükləri və görüləcək işlər barədə məlumat vermişdir və cənab Ənvər Haqverdiyevə fəaliyyətində uğurlar arzulamış,səmimi görüş üçün minnətdarlığımızı bildiririk.

 


 Səidə Mehdiyeva 18/11/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov 18 noyabr tarixində "ARGO" Azərbaycan-Yunanıstan Dostluq Assosiasiyasının sədri Səidə xanım Mehdiyeva ilə görüşmüşdür. Görüş çox maraqlı keçmiş, cəmiyyətlərin fəaliyyəti, görülmüş işlər və görüləcək işlər haqqında fikirlərini bölüşmüşlər. Sonda belə qərara gəldilər ki, bundan sonra əlaqələrimizi daha da möhkəmləndirmək.Səidə xanım Mehdiyevaya səmimi görüş üçün minnətdarlığımızı bildiririk.

 


 Maria Delaki  14/11/2018

 "QALA"' Cəmiyyətin sədri cənab Rashid Məmmədov və Bakı slavyan universitetinin yunan dili müəlliməsi xanım Maria Delaki.

 


 Foteini Karakatsani 14/11/2018

 14 noyabr tarixində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov Yunanıstanın Azərbaycandakı baş konsulu xanım Foteini Karakatsani ilə görüşmüşdür.Səmimi görüş üçün xanım Foteini Karakatsaniya minnətdarlığımızı bildiririk.

 


 Rüfət Babayev - Ellada Cəlilova 10/11/2018

 10 noyabr tarixində Hyatt Regency Thessaloniki otelinin Icraçı Direktoru həmvətənimiz Cənab Rüfət Babayev və Azərbaycandan Evroturizm şirkətinin outgoing manager Ellada xanım Cəlilova Yunanıstanın Saloniki şəhərində keçirilən 34-cü Turizm (Philoxenia) Sərgisində təmsil olunan Azərbaycan Turizm stendini ziyarət etmişlər.

 


 Haralambos Lefakis - Lola Totsiu 9/11/2018

 9 noyabr 2018-ci il tarixində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov və cəmiyyətin baş katibi Salatın xanım Məmmədli Saloniki Dövlət Konservatoriyasına baş çəkmiş və konservatoriyanın rektoru Lola xanım Totsiu və məclisin rəhbəri cənab Haralambos Lefakis ilə görüşmüşdür. Rəşid bəy qarşılıqlı əməkdaşlıq barəsində müzakirələr aparmış, Azərbaycan tarixi və musiqi mədəniyyəti haqqında məlumat vermiş və cəmiyyət adından konservatoriyanın muzeyinə Azərbaycan musiqi alətlərindən tar, kamança və qaval və kitablar hədiyyə etmişdir.

 


 Azad Ömərov - Fərid Əliyev 29/10/2018

 "QALA" Yunanıstan-Azərbaycan Dosluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, 29 oktyabr tarixində Ukrayna - Türkiyə İş Adamları Dərnəyinin sədri cənab Fərid Əliyev və Xarkov - Azərbaycan "Dostluq" cəmiyyətinin fəxri üzvü Elmlər namizədi cənab Azad Ömərov cənablarılə görüşmüşdür. Görüş çox maraqlı keçmiş və "QALA" Cəmiyyəti haqda məlumat verilmişdi. Fərid Əliyev və Azad Ömərov cənablarına səmimi görüş üşün minnətdarlığımı bildiririk.

 


 Kifayət Cəfərova - Zöhrab Həsənov 24/10/2018

"QAlA" Yunanıstan-Azərbaycan Dosluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, 24 oktyabr tarixində "Aynur - Xatun" Xarkov-Azərbaycan Dostluq Qadınlar Cəmiyyətinin sədri Kifayət xanım Cəfərova və cəmiyyətin hüquqşunası Zöhrah Həsənov cənablarılə görüşmüşdür. Görüş çox maraqlı keçmiş, hər iki tərəf diasporada gördükləri və görüləcək işlər haqqında fikirlərini bölüşmüşlər. Sonda gələcək əlaqələri daha da kordinasiyalı şəkildə qurmaq və qarşıda duran vacib məsələlər, eyni zamanda layihələr və Diaspor fəaliyyətinin əsasında, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək və xaricdə dövlətimizi yaxşı təmsil edilməsi müzakirə edilmişdir. Kifayət xanım Cəfərova və Zöhrab Həsənov cənablarına səmimi görüş üçün minnətdarlığımızı bildiririk.

 


 Şahin Ömərov 23/10/2018

 ''QALA" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, İqtisad Elmləri Doktoru, Albaniya Respublikasının, Ukrayna Respublikasının, Xarkov, Dnepr, Donetski, Zaporojia və Luqanski şəhərlərinin fəxri konsulu cənab Şahin Ömərovla görüşmüşdür. Görüş çox maraqlı keçmiş və Şahin bəyə "QALA" Cəmiyyəti haqda məlumat verilmişdir. Şahin Ömərov cənablarına səmimi görüş üçün təşəkkürümüzü bildiririk.

 


 Eşqin Bayramov - Gülşən Bayramova 

Aristotel Universiteti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakı Biznes Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Beynəlxalq Layihələr şöbəsinin müdiri Gülşən Bayramova Yunanıstanın Saloniki şəhərinə səfər etmişlər. Səfər zamanı həmvətənlərimiz "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini də ziyarət etmişlər.

 


 Murad Ömərov 21/10/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, 21 oktyabr tarixində "DOSTLUQ" Xarkov-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Murad Ömərovla görüşmüşdür. Görüş çox maraqlı keçmiş, hər iki tərəf diasporada gördükləri və görüləcək işlər haqqında fikirlərini bölüşmüşlər. Sonda gələcək əlaqələri daha da koordinasıyalı şəkildə qurmaq və qarşıda duran vacib məsələlər, eyni zamanda layihələr və Diaspor fəaliyyətinin əsasında, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək və xaricdə dövlətimizi yaxşı təmsil edilməsi müzakirə edilmişdir.

 


 Hikmət Cavadov-Elşad İbrahimov 

 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının sədri cənab Hikmət Cavadov və sədr müavini cənab Elşad İbrahimovla görüşmüşdür. Görüş çox maraqlı keçmiş, hər iki tərəf diasporada gördükləri və görüləcək işlər haqqında fikirlərini bölüşmüşlər. Sonda gələcək əlaqələri daha da koordinasiyalı şəkildə qurmaq və qarşıda duran vacib məsələlər, eyni zamanda layihələr və Diaspor fəaliyyətinin əsasında, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək və xaricdə dövlətimizi yaxşı təmsil edilməsi müzakirə edilmişdir. Hikmət Cavadov və Elşad İbrahimov cənablarına səmimi görüş üçün minnətdarlığımızı bildiririk.

 


 ''Odlar Yurdu'' 11-19/10/2018

 11-19 Oktyabr tarixlərində Yunanıstan Respublikasının Xalkidiki yarımadasınında kişi və qadın şahmat klublarının iştirakı ilə növbəti klublararası Avropa çempionatına start verilib. Çempionatda Azərbaycanın "Odlar yurdu" klubu da daxil olmaqla 61 kişi və 12 qadın komandası mübarizə aparır. Kişilərdən ibarət komandanın heyəti kapitan Cahangir Ağarəhimov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasov, qadınlardan ibarət komandanın heyəti Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva ilə təmsil olunur.

 


 Stefanos Hadjimanolis 

Yunanıstan-Türk Ticarət Palatasının Sədr müavini və Zorpidis Turizm Şirkətinin inkişaf və marketinq üzrə meneceri cənab Stefanos Hadjimanolis bu gün Cəmiyyətimizin ofisini ziyarət etdi.Cəmiyyətin sədri cənab Rəşid Məmmədov qonaqla Azərbaycan və Yunanıstan turizm sahəsində maraqlı söhbət etdilər.

 


 Mary Drosopoulos

Təlimçi Mary Drosopulos "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin dəyərli tərəfdaşlardan və dostlarındandır. Hər zaman maraqlı müzakirələrlə ofisimizdə müsbət atmosfer yaradan xanım bu gün də qonağımız oldu və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik.

 


 Mukhran Gulaghasvili

 Gürcüstan Respublikasının Saloniki şəhərindəki baş konsulu cənab Mukhran Gulaghasvili və "QALA" Yubanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov.

 


 Fatih Türkmen 16/09/2018

Yunanıstanın şimalında iş adamlar birliyinin sədri cənab Fatih Türkmen ve bir grup üzvlər "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətini ziyarət etdilər.

 


 Giorgos Stasinakis 14/09/2018

Yazıçı Nikos Kazantzakis adına Beynəlxalq Dostlar Cəmiyyətinin prezidenti cənab Giorgos Stasinakis, Asiolog cənab Sokratis Aggelidis "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətini ziyarət etdilər. Dəyirmə masa arxasında Cəmiyyətin sədri cənab Rashid Mammadov, Yunanıstan Azərbaycan dostluğu, tarixi, mədəniyyəti, Azərbaycanın inkişafı barədə söhbət etdilər.

 


 İlhan Taşın 11/09/2018

''Merkezi Selanik'te (Thessaloniki) bulunan Yunanistan-Azerbaycan Dostluk Cemiyeti değerli Başkanı dostum Mammadov Rashid ile Selanik Fuarın'da sohbet etme fırsatı buldum. Halkların dostluğu için güzel ve anlamlı çalışmalar yapan bir dostla, güzel bir insanla sohbet etmekle kendimi şanslı hissediyorum.''(Ilhan Taşın)

 


 Spiros Penqas 11/09/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rashid Mammadov və baş katib xanım Salatın Məmmədli Saloniki şəhər İcra hakimiyyətinin müavini, Turizmin inkişafı və Beynəlxal Əlaqələr şöbəsinin sədri cənab Spiros Penqas ilə görüşdülər.

 


 Levent Sadik Ahmet 10/11/2018

DEIK Yunanıstan Türkiye Ticarət Palatası sədri cənab Levent Sadik Ahmet və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rashid Mammadov.

 


 Yusif Rəhimov 09/09/2018

Sentyabr ayının 7-də Saloniki şəhərində səfərdə olan həmvətənlərimiz Bakı şəhər dezinfeksiya stansiyasının regional dezinfeksiya şöbəsinin direktoru Yusif Rəhimov və həyat yoldaşı Lalə xanım "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət etmişlər.

 


 Səfər Sadiqi 06/09/2018

Danimarka-Azərbaycan Vətən Cəmiyyətinin Sədri Səfər Sadiqi "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Saloniki şəhərindəki ofisini ziyarət etmişdir. Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişlər. Səfər bəyə ziyarətinə görə təşəkkür edir və görüşdən məmnunluğumuzu ifadə edirik.

 


 Qavriil Avramidis 21/08/2018

21 avqust "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətin ofisində Yunanıstan Respublikasının milli məclisinin sabiq deputatı və Müdafiə nazirinin müşaviri cənab Qavril Avramidislə görüşdük!

 


 Mətanət Əzimova 28/07/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və xanım katibə Salatın Məmmədli AZ TV Radiosu Azərbaycan Verilişinin aparıcısı Mətanət xanım Əzimova və Günel xanım Rüstəmova ilə Vətəndə görüşməkdən məmnun olduq.

 


 Nikos Kanellos 27/07/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov,katibə xanım Salatın Məmmədli və Yunanıstanın Azərbaycandaki Səfiri cənab Nikos Kanellos.

 


 Fuad Muradov 27/08/2018

 


 Elnur Elturk 27/07/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov,katibə xanım Salatın Məmmədli və AMEA MEK-nın şöbə müdiri cənab Elnur Elturk ilə Vətəndə görüşməkdən məmnun olduq.

 


 Fuad Hüseynzadə 27/07/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov,katibə xanım Salatın Məmmədli və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı cənab Fuad Hüseynzadə ilə Vətəndə görüşməkdən məmnun olduq.

 


 Elli Xrysidou 28/06/2018

Bu gün "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın xanım Məmmədli Saloniki şəhər Bələdiyyəsinin sədr müavini xanım Elli Xrisidu ilə görüşmüş və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

 


 Müşfiq Cəfərov 23/06/2018

Gəncə şəhəri Gənclər və Idman Idarəsinin rəisi Müşfiq Cəfərov "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Saloniki şəhərindəki ofisini ziyarət etmiş və Gəncə şəhərinin 1000 illiyini simvolizə edən hədiyyə təqdim etmişdir.

 


 Dimitris Ioannou 19/06/2018

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın Məmmədli bu gün Saloniki Dövlət Konservatoriyasına baş çəkmiş və Konservatoriyanın müəllimi cənab Dimitris Ioannou ilə görüşmüşdür. Qarşılıqlı əməkdaşlıq barəsində müzakirələr aparmış və hədiyyələr təqdim olunmuşdur.

 


 Stratos Tsixlas 14/06/2018

"Korais" Xor Dərnəyinin Sədri cənab Stratos Tsixlas və sədr müavini xanım Eleni Filippopulu "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət etdilər və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.2019-cu ilin may ayında keçiriləcək 9-cu beynəlxalq Xor Musiqisi Festivalında Azərbaycandan xor ifaçılarından ibarət qrupun da iştirak təşəbbüsünü irəli sürdülər.

 


 Türk gəncləri 24/05/2018

May ayın 24-də Türk gənclərin Genç Akademisyenler Topluluğu Derneğinin fəalları "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinə yoldaşlıq ziyarəti etdilər.

 


 Apostolos Tsitsikostas 03/05/2018

3 may 2018-ci ildə Azərbaycan Respublikasının Səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev və Saloniki şəhərində yerləşən "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, Makedoniya Vilayətinin Başkanı cənab Apostolos Tsitsikostas ilə görüşdülər.

 


 Elli Xrysidou 03/05/2018

Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Eldar Əliyev və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov Saloniki şəhər Bələdiyyəsinin sədr müavini xanım Elli Xrisidu ilə görüşüblər və Azərbaycanın tarix və mədəniyyəti haqqında kitablar Salonik Bələdiyyəsinin kitabxanasına hədiyyə ediblər.

 


 Zoe Xristopoulou 06/04/2018

Yunanıstan təhsil müəssisələrinin nümayəndələri cəmiyyətimizin fəaliyyəti ilə maraqlanır və əməkdaşlıq təşəbbüsü ilə çıxış edirlər. Saloniki şəhərində yerləşən AAS College-in təmsilçisi Zoe Xristopulo bu gün "QALA" Yunanıstan-Azərbaycan dostluq cəmiyyətinin ofisini ziyarət etdi.

 


 Spasta Ellinika 17/02/2018

17 fevral 2018 il tarixində axşam saat 20:00-21:00 dək Radio Praktorio 104.9-un Spasta Ellinika verilişinin efirində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliiyətinə həsr olunmuş canlı yayında milli Azərbaycan musiqisi, tarixi, mədəniyyəti və Azərbaycan-Yunanıstan dostluq əlaqələri barədə maraqlı söhbətlər olundu.

 


 Osman İsmail Oğlu 12/02/2018

Bu gün Makedoniya-Trakyia Müsəlmanlarının Təhsil və Mədəniyyət Dərnəyinin Sədri Osman İsmail Oğlu Qardaşımız Cəmiyyətimizin Ofisini Ziyarət Etdi.

 


 Prokopidou Sofia 09/01/2018

Jurnalist Prokopidou Sofia bu gün "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət etmişdir. Cəmiyyətin fəaliyyəti, gələcəkdə görüləcək işlər, Azərbaycan tarixi və Yunanıstanla Azərbaycan arasında münasibətləri dostluq mühitində müzakirə etdik.

 


 Rövşən Rzayev 21/11/2017

Azərbaycan Respublikası milli məclisinin deputatı cənab Rövşən Rzayev və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov.

 


 Ioannis Kefalogiannis 21/11/2017

Rethimnonun deputatı və Yunanıstan parlamentinin katibi cənab Ioannis Kefalogiannis. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov.

 


 Nazim İbrahimov 21/11/2017

Diaspora Komitənin Sədri Cənab Nazim İbrahimov və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov, Brüssel Belçika.

 


 Nikos Kanellos - Konstantinos Adamopoulos 17/11/2017

Yunanıstanın Azərbaycandakı Səfiri cənab Nikos Kaneııos, Baş konsulu cənab Konstantinos Adamopulos, Azərbaycan Yunanıstan Dostluq Assosiasiyasinin rəhbəri Saida Xanim Mehdiyeva və "QALA" Yunanistan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri cənab Rəşid Məmmədov.

 


 Saida Mehdiyeva 16/11/2017

Azərbaycan Yunanıstan Dostluq Assosıyasının rəhbəri Saida Mehdiyeva və Azərbaycan Yunanistan tarixçi-araştırmaçı Ilyas Huseynov və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov dəyirmi masa arxasinda.


Orhan Yalman Okan 10/11/2017

Türkiyənin Cümhuriyyətinin Salonik şəhərindəki baş Konsulu Orhan Yalman Okan və"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov.

 


 Rəhman Mustafayev 26/02/2016

 Azərbaycan Respublikasının Yunanıstan Respublikasındaki fövgəladə və səlahiyyətli səfiri cənab Rəhman Mustafayev və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri cənab Rəşid Məmmədov.(26 Fevral 2016, Xocalı anım tədbirindən xatirə şəkili)

 

 

 Ünvan:  Agnostou stratioti 5 , Selanik        Poçt kodu : 54633             Tel./FAX (+30) 2314008222              Mobil: 6996942726

JoomShaper