"Xocalı Soyqırımını Unutma" 26/9/2019

26 Fevral tarixində Xocalı qətliamının 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım münasibətilə tədbir keçirilib. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsulu cənab Efe Ceylan bəy, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcüstan Respublikasının konsulluğunun əməkdaşları, Türk gənclər və yunan tələbələr də iştirak etmişlər. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı Soyqırım olduğunu qeyd etmişdir. "Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 28-il keçməyinə baxmayaraq hələ dünya birliyi susur. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır. Mən buna bütün qəlbimlə inanıram ki, xalqımız bir nəfər kimi Hökümətin yürütdüyü siyasətə dəstək olaraq, ayağa qalxaraq əsarətdə qalmış və itirilmiş torpaqlarımızı düşmənlərdən azad edəcək"- Rəşid Məmmədov bildirmişdir.Baş Konsul cənab Efe Ceylan bəy də öz çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzuladı. Sonda Xocalı soyqırımını ehtiva edən sənədli film nümayiş etdirildi və ehsan süfrəsi arxasında müzakirələr aparıldı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik yad edildi Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olundu.

 


 

  Yeni il münasibəti 28/12/2019

 Dekabrın 28-də Yunanıstanın Saloniki şəhərində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Yunanıstanda yaşayan həmvətənlərimiz üçün təşkil etdiyi bayram tədbiri keçirilib. Gecəni Cəmiyyətin baş katibi Salatın xanım Məmmədli qonaqları salamlayaraq, qısa giriş sözü ilə açıb. Azərbaycan Respublikasının Yunanıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Anar Hüseynov, Türkiyə Cümhuriyyətinin başkonsolosu cənab Efe Ceylan, Saloniki şəhər icra hakimiyyətinin köməkçisi cənab Xaris Aydonopulos,Mərkəzi Makedoniya Regionunun regional müavini xanım Melina Dermentzopulu və digər qonaqlar çıxış edərək həmrəylik gününün tarixi və əhəmiyyəti barədə məlumat vermiş, bu cür tədbirlərin iki dövlət arasında mədəni əlaqələrin inkişafı zəminində əhəmiyyətini vurğulamışlar.

 


 

  Çay Günü 15/12/2019

 15 Dekabr Beynəlxalq Çay Günü kimi qeyd edilir. Çay Azərbaycanda sadəcə bitki mənşəli faydalı içki kimi deyil, milli mədəniyyətimizin simvolu kimi süfrəyə təqdim olunur. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti öz ofisində mütəmadi olaraq, həmvətənlərimiz və əcnəbi ziyarətçilərimiz üçün milli şirniyyatların müşayiəti ilə çay süfrələri təşkil edir. Bu tədbirlər hər zaman qonaqlarımız tərəfindən maraqla qarşılanır və çay şənliklərinin təkrar təşkili üçün tələb yaranır. Beynəlxalq Çay Günü münasibətilə mərkəzimizdə baş tutan tədbirimiz böyük coşqu ilə qarşılandı. Qonaqlarımız arasında olan yunan incəsənət nünayəndələrimiz musiqi və çalğı ifaları ilə məclisə rəng qatdılar.

 


 

"Xocalı Soyqırımını Unutma"  20-28/02/2019

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 20-28 Fevral, 2019-cu il tarixlərində "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirir.

24 Fevral tarixində Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım münasibətilə tədbir keçirilib. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsul yardımçısı Gülru xanım Tetik, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcülər Dərnəyinin sədri cənab Zaza Sulamanidze, Türk gənclər və yunan tələbələr də iştirak etmişlər. Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı Soyqırım olduğunu qeyd etmişdir.

"Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 27-il keçməyinə baxmayaraq hələ dünya birliyi susur. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır. Bu dərd bizi həmişə için-için sızladır. Mən buna bütün qəlbimlə inanıram ki, xalqımız bir nəfər kimi Hökümətin yürütdüyü siyasətə dəstək olaraq, ayağa qalxaraq əsarətdə qalmış və itirilmiş torpaqlarımızı düşmənlərdən azad edəcək"- Rəşid Məmmədov bildirmişdir. Konsul yardımçısı Gülru xanım Tetik də öz çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzuladı. Sonda Xocalı soyqırımını ehtiva edən sənədli film nümayiş etdirildi və ehsan süfrəsi arxasında müzakirələr aparıldı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik yad edildi

Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olundu.

 


 

  Gənclər Günü 02/02/2019

 MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Prezident Heydər Əliyevin imzaladığı sərəncamla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Gənclər Günü münasibətilə Yunanıstanın Saloniki şəhərində Azərbaycanda Gənclər Siyasəti mövzusunda yerli gənclər qarşısında təqdimat keçirdi. Təqdimat zamanı Azərbaycan Gənclər və Idman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Diaspor Gəncləri və digər gənclərlə çalışan qurumların fəaliyyətləri və iş istiqamətləri barədə gənclərə məlumat verildi, Azərbaycanda gənclər üçün yaradılan şərait və imkanlar müzakirə olundu, dövlət başçısı Ilham Əliyev cənablarının gənclərlə bağlı siyasətinin başlıca istiqamətlərindən biri kimi gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsindən danışıldı. Qeyd edək ki, Azərbaycanda gənclər siyasətinin təqdimatı yerli gənclər tərəfindən çox maraqla qarşılandı və cəmiyyətin üzvlərinə mövzu ətrafında xeyli suallar verildi. Təqdimatın sonunda gənclər Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri ilə bağlı təklif və arzularını yazılı formada qeyd etdilər. Tədbirin qeyri-rəsmi hissəsi olaraq, iştirakçı qonaqlara Azərbaycan milli şirniyyat süfrəsi təqdim olundu.

 


 

20 Yanvar faciəsi 19/01/2019

 19 yanvar 2019-cu il tarixində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində 20 Yanvar faciəsini anım günü münasibətilə tədbir keçirildi. Cəmiyyətin sədri cənab Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi, milli azadlığın oyanış günü olduğunu vurğuladı. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı türk gənclər və əcnəbi tələbələr də iştirak etdi. Görüş çərçivəsində 20 Yanvar hadisələrini ehtiva edən sənədli film nümayiş olundu və ehsan süfrəsi ətrafında müzakirələr aparıldı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 

 


 

"Əbədi ezamiyyət" 12/11/2018

 12 noyabr tarixində Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilati dəstəyi ilə Yunanıstanın Saloniki şəhərində Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əbədi ezamiyyət" sənədli filmi nümayiş etdirildi. Film ingilis dilində Saloniki Bələdiyyə kitabxanasının zalında yerli tamaşaçılara təqdin edildi. Təqdimata digər dövlətlərin diplomatik nümayəndələri, yerli KIV və təşkilat təmsilçiləri və iş adamları da qatıldı. Təqdimatın sonunda qonaqlara furşet təşkil olundu.

 


 

Beynəlxalq Turizm Sərgisi 9-11/11/2018

 Azərbaycan Turizmi bu ilin 9-11 Noyabr tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 34-cü Beynəlxalq Turizm Sərgisində (Philoxenia) təmsil olunur. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Turizm Bürosu ekspo sərgidə Azərbaycan Turizm stendinin təşkilatçıları qismində çıxış edir. Təşkilatçıların verdiyi məlumata görə, Azərbaycan Yunanıstan məkanında yeni turizm məkanı kimi tanınmağa başladığı üçün hazırda regiona maraq çox böyükdür.

 


 

Ramazan iftar süfrəsi 2018

Ramazan bayramı münasibəti ilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Rəşid Məmmədov, iş adamları Əbülfəz Məmmədov və Sahib Ibrahimov Yunanıstanda yaşayan həmyerlilərimiz üçün bayram süfrəsi təşkil etdilər və bayram gününün sevincini bölüşdülər.

 


 

Yunan Uşaq Kəndi Xeyriyyə aksiyası

Təqdimatçılara zövqə və mədəniyyətə yaxınlaşmaq imkanı verən bir axşam. Müxtəlif mədəniyyətlərin mövcudluğunu açıq şəkildə ifadə edən bir təşkilat və bərabər millətlərin mədəniyyətlərinin mozaikasıdır.

 


 

Beynəlxalq Qida Festivalı-2018

10 Iyun 2018-ci il tarixində "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində Plaz Aretsusda keçirilən 21-ci Qida Festivalında iştirak etmişdir. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilmişdir. Cəmiyyətin üzvləri Festivalda Azərbaycan plovu, dolma, qutab və digər təamlarla təmsil olunmuşlar.

 


 

Ramazan süfrəsi 2018

Türk Cümhuriyyətinin Salonik şəhərindəki baş konsuluğunun iftar süfrəsi.(7 iyun 2018)

 


 

Multilinqualizm Beynəlxalq Dil Festivalı

18-20 May tarixində Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multlilinqualizm Beynəlxalq Dil festivalı keçirildi. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatı ilə festivalın proqramına qoşuldu. Festivala qatılan iştirakçılar Azərbaycan dilinin əlifbası ilə tanış oldular və Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı əldə etdilər. Eyni zamanda Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təqdimat keçirildi və vətənimizin tarixi abidələri və mənzərəli guşələrinin təqdimatı baş tutdu. Bundan əlavə festival çərçivəsində geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirildi. Saloniki şəhərinin Icra Başçısı Cənab Yannis Butaris, Icra Başçısının Təhsil və Idman Üzrə Müavini Cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendini ziyarət etdilər və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdilər.

 


 

Hüseyn Cavid-135 yubiley tədbiri

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində keçirilən 15-ci beynəlxalq kitab sərgisində yazıçı, şair, dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış etdilər.

 


 

Beynəlxalq Kitab Sərgisi

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 3-6 may tarixlərində Saloniki şəhərində beynəlxalq kitab sərgisində təmsil oldular.

 


 

Heydər Əliyev-95 yubiley tədbiri

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi "QALA" Yunan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 2018-ci ilin 1 may tarixində Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə Ulu Öndər Heydər Əliyevin 95 illik Yubileyinə həsr olunmuş tədbir keçirmişdir. Səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Ulu Öndərin həyatı, onun siyasi fəaliyyəti, Azərbaycanın inkişaf tarixində onun əvəzsiz rolu haqqında məlumat vermiş, müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafında onun xidmətləri haqqında danışmışdır. Tədbirdə iştirak edın Türkiyə Respublikasının Saloniki şəhərindəki Baş Konsulu Orhan Yalman Okan çıxışında ulu öndərin Azərbaycan-Türkiyə münasibətlərinə və ümumilikdə Türk dünyasının həmrəyliyinə töhfəsi haqqında danışmış, onun "iki dövlət bir millət" sözlərinin bu gün də Azərbaycan-Türkiyə dostluğunun əsasını təşkil etdiyini qeyd etmişdir. "QALA" Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında, xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun Azərbaycançılıq fəlsəfəsinə bağlı olduqlarını vurğulamışdır. tədbirin sonunda "Heydər Əliyevə həsr olunmuş film nümayiş olunmuşdur.Sayın Başkonsolosumuz, Azerbaycan'ın Umummilli Lideri Haydar Aliyev'in doğumunun 95'nci yıldönümü vesilesiyle, Azerbaycan Büyükelçiliği ve Selanik'teki Yunan-Azeri Derneği tarafından düzenlenen anma etkinliğine iştirak etmiştir.

 


 

"Böyük Isgəndər" Beynəlxalq Marafonu

1 Aprel tarixində Yunanıstanın Saloniki şəhərində 15000-ə yaxın marafonçunun qeydiyyatdan keçdiyi ümummilli qaçış marafonunda "QALA" Yunanıstan-Azərbaycan cəmiyyətinin azərbaycanlı gəncləri də iştirak etmişlər.

 


 

Novruz Şənliyi 2018

2018 il Mart ayının 20-də "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi və öz fəal üzvləri ilə birlikdə Novruz bayramını qeyd etdi. Şənliyə Türkiyə Cumhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Orhan Yalman Okan bəy də öz xanımı və konsulluğun digər nümayəndələri ilə birgə təşrif buyurdu. Qürbətdə olan bütün həmvətənlərimizi milli bayramlarda həmrəy görməyin necə qürurverici hiss olduğunu qeyd edərək, cəmiyyətimiz adından xalqımızın bahar bayramını təbrik edir, firavanlıq, sülh və bərəkət arzu edirik!

 


 

Azərbaycan turizminin təqdimatı

9 martda "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində, Baş katibı Məmmədli Salatın və Cəmiyyətin qənc üzvləri ilə birlikdə Azərbaycanın şəhərlərini, mədəniyyətini və ənənələrini Saloniki şəhərində yaşayan gənclərə təqdim etdilər. Gecə çox maraqlı keçdi, bilik oyunları, musiqi hədiyyələri və rəqslər. Gənclər birinci dəfə Azərbaycanın tarixi və mədəniyyəti haqqında əlaqədə oldular. Onlar Azərbaycan çayını,milli şirniyyatını daddılar, həmçininmi milli Azərbaycan rəqslərini əyləndirdilər. Onlar Azərbaycana səyahət etmək istədiklərini və eşitdikləri və öyrəndikləri hər şeyi yaxindan görmək istədilər.

 


 

8 Mart-Beynəlxalq Qadınlar Günü tədbiri

08.03.2018 "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 8 MART beynəlxalq qadınlar bayramını qeyd etdi.

 


 

Xocalı faciəsini anım günü

25 fevral tarixində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar anım günü və film nümayış etdirildi.Cəmiyyətimizin üzvləri ilə bərabər, Türkiyə Cümhuriyyətinin Salonik şəhərindəki Baş Konsulu cənab Orhan Yalman Okan və konsulluğun əməkdaşları, Trakya Müsəlmanları Egitim Dərnəyinin Sədri Osman İsmail oğlu və dərnəyin bir neçə üzvləri də Xocalı faciəsinin anım gününə qatılmaq üçün ofisimizə təşrif buyurmuşdular.

 


 

 

"Qala"nın "ad günü"

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 13 fevral tarixində öz üzvləri ilə birgə milli Azərbaycan şirniyyatları ilə təşkilatın yaranmasının bir illiyini qeyd etdi.

 


 

20 Yanvar faciəsini anım tədbiri

Azərbaycanda Matəm elan olunmasından 28 il keçdi. Bu tarix həm də Qara və ya Qanlı Yanvar kimi yaddaşlara yazıldı. Hadisə "yenidənqurma" siyasəti zamanı Qarabağ münaqişəsinin fonunda açıldı. Bu tarix milli yaddaşlara Milli Qəzəb Günü kimi həkk olundu. Bu faciəvi hadisə ilə əlaqədar Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, sabiq Prezident, Sovet qoşunlarının Bakıya daxil olması ilə bağlı Moskvada mətbuat konfransı keçirərək Mixail Qorbaçovu konstitusiyanı pozmaqda ittiham etdi. "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə anım filmi nümayiş elətdirildi və cəmiyyət üzvləri arasında dəyirmi masa ətrafında müzakirələr aparıldı.

 


 

Yeni Il Şənliyi 2017

31 Dekabr, 2017-ci il tarixində "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri yığışaraq, Yeni Il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şənlik təşkil etmişlər.

 


 

Ofisin açılış mərasimi

9 Oktyabr, 2017-ci il tarixində "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanın Saloniki şəhərində Agnostou Stratioti 5 ünvanında təşkilatın ofisinin rəsmi açılış mərasimini təşkil etmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Afinadakı səfirliyinin nümayəndəsi Eldar Əliyev, Azərbaycan Diaspora Komitəsinin xarici əlaqələr üzrə rəhbəri Ilham Məmmədov və digər rəsmilər iştirak etmişdir. Tədbirə həmçinin Sallonikidə yaşayan bir çox həmyerlimiz də qatılmışdır.

 


 

 

Beynəlxalq Qida Festivalı-2017

11 Iyun 2017-ci il tarixində "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Plaz Aretsusda keçirilən 20-ci Qida Festivalında iştirak etmişdir. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilmişdir. Cəmiyyətin üzvləri Festivalda Azərbaycan plovu, dolma, qutab və digər təamlarla təmsil olunmuşlar.

 


 

Novruz Şənliyi 2017

2017-ci il martın 19-da "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda yaşayan həmvətənlərimiz və cəmiyyətin üzvləri ilə Novruz Bayrmamını qeyd etdilər.

 


 

Yeni Il Şənliyi 2016

2016-cı il 29 dekabr Salonik şəhərində yaşayan Azərbaycanlılar dünya Azərbaycanlıların həmrəylik gününü və Yeni ili qeyd etdilər.

 


 

Beynəlxalq Qida Festivalı-2016

10 Iyun 2016-ci il tarixində "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Plaz Aretsusda keçirilən 20-ci Qida Festivalında iştirak etmişdir. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilmişdir. Cəmiyyətin üzvləri Festivalda Azərbaycan plovu, dolma, qutab və digər təamlarla təmsil olunmuşlar.

 


 

Novruz Şənliyi 2016

2016-cı il Martın 19-da Yunanıstanda yaşayan Azərbaycan cəmiyyəti Novruz Bayrmamını qeyd etdilər.

 

 

 Ünvan:  Agnostou stratioti 5 , Selanik        Poçt kodu : 54633             Tel./FAX (+30) 2314008222              Mobil: 6996942726

JoomShaper